Uimbldonda tennis matçı zamanı tamaşaçı tennisçi qadını məsləhətləriylə bezdirir və onu korta çıxarırlar
Uimbldonda tennis matçı zamanı bir kişi tennisçi qadını məsləhətləriylə bezdirir. Nəticədə Belçikalı tennisçi Kim Kliysters tamaşaçıya ona qarşı oynamağı və onun məsləhətlərinin boş sözlər olmadığını sübut etməyi məsləhət görür.
İrlandiyalı Kris Kvinn çağırışı qəbul edir və korta çıxır.
Uimbldonun qaydalarına görə bütün oyunçular dress-koda riayət etməli, ağ şort və mayka geyinməlidir. Kişiyə forma gətirdilər və oynamağa hazırlaşdı. Oynamaq nəzəriyyədən daha çətin imiş. Kris iki dəfə tennisçinin ötürməsini qəbul edə bilmir. Daha sonra isə Qızlarla şəkil çəkdirir.
Bir müddət sonra Kris öz Tvitter hesabında minnətdarlığını bildirir. O yazır: "Yumşaq oyuna görə sizə təşəkkür edirəm. Sizi çox sevən üç qızımın gözündə məni daha böyük qəhrəman etdiniz."