Çimərlikdə istirahət edənlər suda boğulan ailəni xilas etmək üçün zəncirvari düzülür
Amerikanin Panama Siti şəhərinin çimərliyində təxminən 70 nəfər, güclü axına düşərək boğulan ailəni xilas etmək üçün zencirvari şəkildə düzülür.
Roberta Erserinin dediklərinə görə, uzaqda suda qışqıran oğlanlarını gördü və başa düşdü ki, axın onları Meksika körfəzinə aparır. Qohumlarla birgə Roberta uşaqlarına kömək etmək üçün özünü suya atır, lakin, axın onlari da aparır. Bu zaman insanlar çimərlikdəki xilasediciləri çağırır və suyun istiqamətində perpenduklyar olaraq zencirvari düzülürlər. Onlar bir- birilərinin əllərindən möhkəm tutur ki, axın onların özlərini də aparmasın.
Zencirvari düzülüşdə 70 insan olduqdan sonra onlar batan ailənin köməyinə çata bilir və onları sudan çıxarıb təhlükəsiz əraziyə gətirirlər. Erseri ailəsinin xilas edilməsi istiqamətində aparılan əməliyyat bir saata qədər davam edir.