Qız təsadüfən bloq üçün çəkdiyi video zamanı sevgilisini güllələyib
Minnesota ştatının polisi 20 yaşlı Monaliza Peresi həbs edib. O təsadüf nəticəsində sevgilisini youtube kanalı üçün video çəkərkən güllələyib.
Pedro Ruis hamilə xanımına daha çox abunəçi cəlb etmək üçün video çəkməyi təklif edib. "Təsəvvür edirsən bizim nə vaxt 300 min abunəçimiz olacaq" videoda Ruis deyib. Bunun üçün o 50 kalibrli işlək tapanca verib və kitabın üstündən atəş açmasını istəyib, guya güllə kitabı deşib keçə bilməyəcək.
Qadın polislərə danışıb ki, Ruisi bu riskli fikrindən daşındırmaq istəyib lakin o israr edib. Nəticədə güllə kitabı deşərək cütlüyün 3 yaşlı qızının gözü qabağnda Ruisin ürəyinə dəyib. Gələn təcili yardım həkimləri 22 yaşlı Ruisin həyatını xilas edə bilmədilər və o hadisə yrində dünyasını dəyişdi. Krukston şəhərinin məhkəməsi 7-ci ayında hamilə olan Peresi ikinci dərəcəli qəstsiz adam öldürmə maddəsinə əsasən cəzalandlrdı.
Bu hökmün cəzası 10 ilə qədər həbs və ya 20 min dollardır.